Xərçənglə mübarizənin yolu tapıldı | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Xərçənglə mübarizənin yolu tapıldı

Cəmiyyət A- A A+

Bostonda Briqam qadın xəstəxanasının alimləri kimyaterapevtik preparatların təsir etmədiyi xərçəngin müalicə üsulunu tapıblar.

Eurasia Diary AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə "MedicalXpress"də dərc olunan press-relizdə bildirilir.

Tədqiqatçılar aşkar ediblər ki, şişlərin müalicə olunmamasının qarşısını qlükoza-6-fosfat dehidrogenaz fermentinin yeni inhibitor sinfindən ibarət üç preparatın birləşməsi vasitəsilə almaq olar.

Bu ferment pentozofosfat adlandırılan metabolik yolun tərkibinə daxildir və bir çox vacib biokimyəvi reaksiyaları təmin edən əhəmiyyətli birləşmənin (NADP) yaranmasına cavabdehdir. 

Məlum olub ki, xərçəng şişləri əlavə qlükozanı içinə çəkir və onun oksidləşmə (qlikoliz) prosesini və bədxassəli hüceyrələrin artması üçün enerji istehsalı prosesini aktivləşdirir. Bundan başqa, mitoxondriyalarda oksigenin istehlakı prosesinin gücləndiyi ortaya çıxıb.

Siçanlar üzərində aparılan sınaqların nəticələrinə əsasən, taksan, antrasiklin və qlükoza-6-fosfat dehidrogenaz inhibitorlarının birləşməsi süd vəzisi xərçəngindən əziyyət çəkən gəmiricilərin sağ qalma dərəcəsini artırır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...