Azərbaycanın idxaldan ən asılı olduğu sahə Ekspertlər inanmir

Cəmiyyət 11:12 24.08.2019

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 145,789 milyon ABŞ dolları dəyərində 653,228 min ton buğda idxal edib. Gömrük Komitəsinin məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 39,743 milyon ton yaxud 54,803 ton çoxdur.

Azərbaycana buğda idxalının artması nə ilə bağlıdır?

Eurasia Diary "modern.az"-a istinadən xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, ölkədə taxıl istehsalı 7 faiz artsa da özünü təmin etmə baxımından ən axsayan sahədələrdən biri buğda istehsalı ilə bağlıdır.

“Bu il taxıl istehsalı ötən illə müqayisədə  7 faiz artıb. İlin əlamətdar hadisəsi odur ki, yerli dərmanlarımız və emal  müəssisələrimiz yerli taxılın tədarükünü böyük miqyasda  artırıb. Bu da ona əsas verir ki, ərzaq təyinatlı yerli buğdanın  yerli istehsal hesabına istifadəsi göstəricisi daha da yüksələcək. Ümumilikdə, burada  trendlərdə artımın olduğunu da qeyd edim. Məsələn, 2016-cı ildə buğda ilə özünü təminat göstəricisi 53 faiz idisə, 2018-ci ildə bu göstərici 65 faizə çatıb. Cari il ərzində bu göstəricinin daha yüksək olacağını gözləyirik.  Buğda idxaldan ən çox asılı olduğumuz sahədir. 2016-cı ildə 1,5 milyon ton, 2017-ci ildə  1,2 milyon 2018-ci ildə 1 milyon ton buğda idxal etmişik. Bu trenddən belə görünür ki, idxal rəqəmləri ildən-ilə aşağı düşüb.  Buğdanın məhsuldarlığı və keyfiyyət göstəricilərinin yüksəlməsi buna əsas səbəbdir.

Firdovsi Fikrətzadə bildirir ki, hazırkı göstəricilərə görə buğda idxalında artım gözlənilmir.

“Biz buğda ilə özünü təmin etmə baxımından 150 ölkəni təhlil etmişik.  Azərbaycan da dünya ölkələri üzrə orta göstəricidə yer alır. Yəni dünyanın yarıdan çox ölkəsində buğda ilə özünü təminat səviyyəsi 30, 40 faiz təşkil edir. Dünyada buğda ilə özünü tam təmin edən ölkələr Rusiya, Qazaxıstan,  Ukrayna, Avstraliya Argentina, Kanada, Fransa  və Ruminiya kimi ölkələrdir ki, bu ölkələrin də ərazisi taxıl nöqteyi nəzərindən əlverişlidir. Lakin Portuqaliya Hollandiya kimi ölkələrin buğda ilə özünü təmin etmə səviyyəsi az, cəmi 8-9 faizdir”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov  deyir ki, ölkə özünün buğdaya olan tələbatının 20 faizini kənar ölkələr hesabına ödəyir. Ekspertin fikrincə, rəsmi statistikadan fərqli olaraq, reallıqda buğda istehsalı azalıb.

“Buğda istehsalı ilə bağlı çox təəssüf olsun ki, rəqəmlər şişirdilib. Keçən il  belə bir açıqlama verildi ki, 1 il əvvələ nisbətdə daha çox, 360 min ton çox taxıl istehsal olunub. Belə artım olması bu ilki idxalın qarşısını almalı yəni onu əvəzləməli idi. Eyni zamanda taxıl istehsalı artsaydı süd, kərə yağının da istehsalı artardı. Lakin göründüyü kimi bu il buğda idxalı daha da artıb. Artıq 20 ildən çoxdur ki, eyni yerdə taxıl əkini ilə məğul olurlar. Növbəli əkin sistemi yaratmadan eyni yerdə taxıl əkilərsə, hər il həmin yerlərdən götürülən məhsulun səviyyəsi daha da aşağı düşür. Məhsulun aşağı düşməsi də birbaşa olaraq istehsal aşağı düşməsi ilə nəticələnir. İstehsalın  azalacağı təqdirdə isə idxal artması qaçınılmazdır. Baxın, dünya bazarında buğda istehsalı artıb. Əgər istehsal artıbsa, niyə də daxildə olan buğdadan istifadə olunmasın.  Eyni zamanda  istehsal artıbsa, niyə keçən il 22 qəpiyə təklif olunan buğda bu il  44 qəpiyə qədər yüksəlib? Bu səbəblərdən aydın olur ki, istehsalda artım yoxdur, əksinə azalma var”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı