Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi könüllülərin qəbulunu elan edir
Eurasia Diary xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tələbələr və gənc mütəxəssislər üçün konüllülük proqramı üzrə müsabiqə elan edir. Yeni ideyalara malik, özünə güvənən, potensialını paylaşmağa hazır olan gənclər müsabiqədə iştirak etmək üçün dəvət olunur. Müsabiqədən uğurlu keçən könüllülərin sentyabrın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin Müqaviləsi” nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda diplomatik korpuslar və ekspertlər üçün keçiriləcək seminarda işləmələri nəzərdə tutulub. Daha sonra onlar BMTM-in könüllülük hərəkatının üzvü olaraq digər tədbirlərdə də iştirak etmək hüququ əldə edəcəklər.
Namizədlər üçün tələblər:
- Yaşı 17-25 arası olmalıdır.
- İngilis və rus dillərini bilməlidir. Digər xarici dilləri bilməsi arzuolunandır.
- Punktual və komandada işləmək bacarığına malik olmalıdır.
Müraciət üçün son tarix: 10 sentyabr 2019
Tədbirin sonunda təşkilatçılıqda aktiv iştirak etdikləri üçün konüllülərə sertifikat veriləcək. Maraqlananlar CV-lərini [email protected] ünvanına yollaya və ya BMTM-in Mirzə İbrahimov 8 ünvanında yerləşən binasına şəxsən təqdim edə bilərlər.