Təhsil Nazirliyinə müraciət edənlərin statistikası - açıqlandı | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Təhsil Nazirliyinə müraciət edənlərin statistikası - açıqlandı

Cəmiyyət A- A A+

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Eurasia Diary xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 28 767 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 918 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 849 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 077 sənəd (650 ərizə, 427 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox şagirdlərin elektron yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, müəllimlərin işə qəbulu və digər bu kimi məsələləri əhatə edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...