Metronun bu stansiyası təmirə bağlanacaq | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Metronun bu stansiyası təmirə bağlanacaq

Cəmiyyət A- A A+

Daha bir stansiyanın təmirə bağlanması gözlənilir. 

Eurasia Diary xəbər verir ki, bu barədə oxu.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, gələcəkdə “Nizami” metrostansiyasında təmir-bərpa işləri aparılacaq:

“Növbəti təmir işlərinin 2026-cı ildə “Nizami” stansiyasında olacağı gözlənilir. Stansiyada zəruri olan bütün infrastrukturlar yenilənəcək. Stansiyada bir sıra yüngül tədbirlər görülüb, platformada, eləcə də, divarlarda orijinallığı qorumaqla Nizaminin əsərləri üzərində işlər aparılıb. 

Lakin eskalatorların istismar müddəti bitmədiyi üçün təmir işləri hələ başlanmayıb. Hazırda sərnişinlərin ixtiyarında olan eskalatorların istismar müddəti 2026-cı ildə bitdiyi və stansiya bir giriş-çıxışlı olduğu üçün, təmir işləri başa çatana qədər stansiya bağlana bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...