“Ekstremal jurnalistikaya sülh dövründə hazırlaşmaq lazımdır” | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


“Ekstremal jurnalistikaya sülh dövründə hazırlaşmaq lazımdır”

Cəmiyyət A- A A+

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı “Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri” mövzusunda plenar iclasla işini davam etdirib. Toplantıda hərbi jurnalistika, onun peşəkarlıq səviyyəsi və s. müzakirə edilib.

Bəs hərbi jurnalistika necə, nə zaman formalaşır? Jurnalistikanın bu sahəsi sülh dövründə formalaşdırılır, yoxsa bu jurnalistika elə müharibənin odu-alovu içərisində doğularaq özünə yol açır?

Eurasia Diary xəbər verir ki, "moderator.az"a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev ekstremal jurnalistikanın son vaxtlar xüsusilə ciddi populyarlıq qazandığını vurğulayıb:

“Burada hər iki element mövcuddur.

Indiki şəraitdə hardasa nəyinsə baş verdiyini gözləmək, sonra ekstremal şəraitdə jurnalist fəaliyyətinə hazırlaşmaq düzgün olmaz. Ekstremal jurnalistikaya əvvəlcədən hazırlaşmaq lazımdır. Xüsusilə də ona görə ki, hər gün dünyanın hansısa bir hissəsində hərbi-kriminal hadisələr baş verir. Biz isə elə bir regionda yerləşmişik ki, sağımız da ekstremdir, solumuz da. Buna görə də bu yöndə təbii ki, hazırlıq görülməlidir.

Bu, müasir dövrdə jurnalistikanın ən çox inkişaf etmiş sahələrindən biridir. Söhbət yalnız müharibədən deyil, ekstremal şəraitdə jurnalistlərin fəaliyyətindən gedir. Bura təbii fəlakətlər də, kütləvi iğtişaşlar da, informasiyanın əldə edilməsinin xüsusi məhdudlaşdırıldığı digər sahələr də aiddir. Fövqəladə hallar və s. buna daxildir. Odur ki, ekstremal jurnalistikaya əvvəlcədən hazırlaşmağa ehtiyac var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...