Dövlər Sərhəd Xidmətinin rəisi, general-polkovnik cənab Elçin Quliyev Milli Məclisin deputatı Qənirə Paşayevanı Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə (1919-2019) təsis edilmiş yubiley medalı ilə təltif edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Q.Paşayeva özü məlumat verib.
Medala görə E.Quliyevə təşəkkür edən xanım deputat "Hər zaman dövlətimizin əsgəriyik!" deyib.