Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi

Cəmiyyət A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.

Eurasia Diary xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

V.Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənsin.

Sərəncamla Şuranın sədri V.Talıbov özü olub.

Şuranın üzvləri isə aşağıdakılardır:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri

AMEA Naxçıvan Bölməsinin sədri

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Naxçıvan Dövlət Universitetinin rektoru  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...