“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan televiziya kanallarının loqosu dəyişib.
Eurasia Diary-nin xəbərinə görə, dəyişikliklə "İdman Azərbaycan" telekanalının adı "İdman TV" olub. Yeni loqoda AzTV-nin, "Mədəniyyət TV"nin və "İdman TV"nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.
Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi.(report)
***
Azərbaycan Dövlət Televizyası loqosunu dəyişdirib.
Eurasia Diary xəbər verir ki, bu barədə kanalın sosial şəbəkə hesabında məlumat verilib. Yeni loqoda ağ şriftlərlə kanalın adı əks olunub.
TV sözü isə mavi üçbucaqda qeyd olunub.
Qeyd edək ki, Rövşən Məmmədov AzTV-yə sədr təyin olunandan sonra kanalda bir sıra dəyişikliklər həyata keçirib.