“Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM” sosial video-çarxının təqdimat mərasimi keçirilib

Cəmiyyət 14:33 17.09.2019

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Gənclik Platformasının təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə gənc yazar Ayxan Əliyev və rejissor Qalib Mirzəliyevin “Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM” sosial video-çarxının təqdimat mərasimi keçirilib.

Eurasia Diary xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Təqdimatda ölkənin aparıcı universitetlərinin tələbələri, ictimai birliklərin nümayəndələri və vətənpərvər gənclər iştirak ediblər.  

Gənc yazar Ayxan Əliyev bu sosial video-çarxın yaranması ideyası haqqında iştirakçılara geniş məlumat verib. A.Əliyev qeyd etmişdir ki, o, uzun müddət müxtəlif xarici dövlətlərdə, eləcə də Amerikada yaşamışdır. Ayxan dünyanın hansı ölkəsində olmasına baxmayaraq, hər yerdə azərbaycançılıq  ideyasını əsas tutmuş, adət-ənənələrimizə yüksək qiymət verərək, qorunub-saxlanılması üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdir. Yaşadığı ölkələrdə Azərbaycan xalqının əksər  özünəməxsus gözəl xüsusiyyətlərinin heç bir digər xalqda olmadığını vurğulanıb.

Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev müzakirələrdə AR Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti, dövlət-din münasibətləri bütün dünyada nümunə kimi qəbul olunur” fikrini söyləyərək, gənclərə rəhbərlik etdiyi platformanın müstəqil Azərbaycanımızın gündən-günə inkişafı, tanınması və dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərindən danışıb.
Gənc olmasına baxmayaraq, yetərincə maraqlı işlərə imza atmış rejissor Qalib Mirzəliyev də öz növbəsində video-çarxın ərsəyə gəlməsi haqqında danışıb.
Video-çarxda ana rolunda yer alan UNEC-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-məzunlarının fərqli bir istedadlı olmasını vurğulamış və yaradıcı heyətə öz təşəkkürünü bildirib.      

Tədbirdə, Yeni Azərbaycan Partiyası- Gənclər Təşkilatının Nümayəndəsi, Korrupsiyaya Qarşı Mubarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev, Sosioloq Zəminə Səfərova Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin tələbələri iştirak edib.

İştirakçılar tərəfindən olduqca maraqla qarşılanan sosial video-çarxın təqdimatı vətənpərvərlik mövzusunda müzakirələr ilə davam edib.


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Hamısı