Azərbaycan Radiosunda Bədii Şura yaradıldı - SİYAHI | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Azərbaycan Radiosunda Bədii Şura yaradıldı - SİYAHI

Cəmiyyət A- A A+

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bədii Şuranın tərkibi də artıq müəyyən olunub. Bunlar aşağıdakı şəxslərdir:

  • Rəşad Nəsirov - AzTV – nin sədr müavini
  • İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini
  • Eldost Bayramov – Diktor
  • Ələmdar Quluzadə - “Uşaq verilişləri” redaksiyasının baş redaktoru
  • Şəfəq Əlixanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru
  • Qorxmaz Şıxalıyev -“Səhər” redaksiyasının baş redaktor müavini
  • Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.


Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır.

Bildirilir ki, radioda yaradılan Bədii Şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Qeyd edk ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...