"15 sentyabr - Bilik Günüdür. Bu il 15 sentyabr istirahət günü olduğuna görə dərslər 16 sentyabrda başladı. Yəni dərslərin başlaması ilə Bilik Günü üst-üstə düşmədi. Demək ki, dərslər başlasa da Bilik istirahət etdi..."
Eurasia Diary xəbər verir ki, bunu deputat Fazil Mustafa özünün feysbuk hesabında yazıb.
"Bu bəlkə də təsadüf sayıla bilər, ancaq nədənsə Bilik ən çox bizim məmləkətdə istirahət edir. Təsəlliverici durum odur ki, Biliyin istirahəti üçün ayrıca istirahət məkanları inşa etməyə zərurət qalmır. Orta məktəblər, kolleclər, universitetlər, akademiyalalar və göz bəbəyimiz olan akademiya Biliyin hələ də çox gözəl istirahət etdiyi məkanlar olaraq qalır...", - deyə deputat bildirib.
Vəfa Vəli