Əsgər xəstəlikdən vəfat edib, şəhid olmayıb - İcra Hakimiyyətindən AÇIQLAMA | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


Əsgər xəstəlikdən vəfat edib, şəhid olmayıb - İcra Hakimiyyətindən AÇIQLAMA

Cəmiyyət A- A A+

Bu gün sosial şəbəkələrdəki bəzi paylaşımlarda Cəlilabad rayon sakini olan hərbi qulluqçu Sənan Hüseynovun şəhid olduğu bildirilib.

Eurasia Diary-nin məlumatına görə, "modern.az" saytı məsləyə aydınlıq gətirilməsi üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən bildirilib ki, Sənan Hüseynov şəhid olmayıb.

“Sənan Hüseynov şəhid deyil. O, xidməti borcunu yerinə yetirərkən rəhmətə gedib. Sənan Hüseynova “leykoz” diaqnozu qoyulub. Əsgər dünən axşam rəhmətə gedib və bu gün dəfn olunub”.

İcra Hakimiyyətindən o da bildirilib ki, mərhum əsgər Sənan Hüseynov Şəmkirdəki N saylı hərbi issədə qulluq edirdi.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...