"Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının ön sıralarında dayanan vətənpərvər kimi tanınıb" Qənirə Paşayeva

Cəmiyyət 16:48 20.09.2019
Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans keçirilib. 
 
Eurasia Diary xəbər verir ki, konfransda çıxış edən millət vəkili Qənirə Paşayeva Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyi müdafiə etməsi kimi məsələlərdən söz açıb. Deputat qeyd edib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

"Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əhməd bəy Ağaoğlu xüsusi yeri olan bir fikir adamıdır. O, Türkiyə və Türk dünyası üçün böyük fədakarlıqlar edib. Əhməd bəy Ağaoğlu gənclər üçün əsl örnəkdir. Bütün gənclər onu anmaqdan başqa anlamağı, bunun üçün isə tariximizi, böyük tarixi şəxsiyyətlərimizi dərindən öyrənməlidir. Əhməd bəy Ağaoğlu bütün Türk dünyası üçün böyük işlər görmüş böyük bir şəxsiyyətdir və harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk gənclərinin Əhməd bəy Ağaoğlunu yaxından tanımasına, ondan öyrənməsinə bu gün də, gələcəkdə də böyük ehtiyac olacaq. Onun fikirləri Türk dünyasının birliyi və inkişafına çağırır və gənclərimiz üçün ən gözəl örnəklərdən biridir və bu cür tədbirlər Əhməd bəy Ağaoğlunu gənc nəsillərə daha geniş tanıtmağa xidmət edir və mən təşkilatçıların hamısına təşəkkürümü bildirirəm. Özəlliklə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi, onun irsinin öyrənilməsi, daha geniş tanıdılması istiqamətində dövlət başçımız İlham Əliyevin sərəncamını yüksək qiymətləndirir və cənab Prezidentə təşəkkürümüzü bildirirəm. İnanıram ki, Azərbaycan, Türkiyə və Türk dünyası aydınları, Əhməd Ağaoğlunun gənc nəsillərimizə daha yaxından tanıdılmasında fəallıqlarını daha da artıracaqlar və bu cür tədbirlərin sayı daha da artacaq”, - deyə Q.Paşayeva bildirib. 

Millət vəkili Türk Ocaqlarının nümayəndələrinə müraciətlə "Əhməd Ağaoğlunun Türk Ocaqlarının qurucularından biri idi və  çox yaxşı olar ki qardaş Türkiyədə onun adına bir küçə və ya park olsun və həm Türkiyədə, həm də Azərbaycanda abidəsinin olması da çox vacibdir" deyib: "İnanıram ki, Türk Ocaqlarının qardaş Türkiyənin rəsmi qurumlarına müraciəti ilə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirildiyi bu il içərisində Türkiyədə də onun adının əbədiləşdirilməsi  istiqamətində önəmli addımlar atılacaq".

Türk Ocaqları rəsmiləri Q.Paşayevanın təklifini müsbət dəyərləndiriblər və bununla bağlı Türk Ocaqlarının adından rəsmi qurumlara müraciətlər göndərəcəklərini deyiblər.

Qeyd edək ki, konfransada 20-dən çox məruzəçinin məruzəsi 6 paneldə dinlənilib.

 


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı