Küləkli hava şəraiti ilə əlaqədar 500-dən çox neftçi sahilə çıxarılıb - SOCAR | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Küləkli hava şəraiti ilə əlaqədar 500-dən çox neftçi sahilə çıxarılıb - SOCAR

Cəmiyyət A- A A+

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 500-dən çox neftçi təxliyə edilib.

Eurasia Diary-nin məlumatına görə, socardan "Azərtac"a bildirilib ki, sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar şirkət təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsilə 500-dən çox neftçi sahilə çıxarılıb.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-si səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...