“Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdu” - Məhəbbət Vəliyeva | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


“Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdu” - Məhəbbət Vəliyeva

Cəmiyyət A- A A+

"Bəzi kəndlərdə ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur. Elələri də var ki, orada say kifayət qədər deyil".

Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycanda 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələr ölkə üzrə bərabər paylanmır.

“Bu baxımdan, ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasının uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı, ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox yaxşı təsir edəcəyinə əminik".

Nazir müavini bildirib ki, Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində maraqlıdır: "Çünki beynəlxalq qiymətləndirmənin nəticələrinə görə, Azərbaycanda təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizdir".

M.Vəliyeva xatırladıb ki, bu aydan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır: "Növbəti ildə də daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə 3-5 yaşlı 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...