SON DƏQİQƏ - Vəsiqəsini girov qoyan deputat haqda qərar verildi | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


SON DƏQİQƏ - Vəsiqəsini girov qoyan deputat haqda qərar verildi

Cəmiyyət A- A A+

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Eurasia Diary-nin xəbərinə görə, MSK sədri Məzahir  Pənahovun sədrliyi ilə keçirilən  iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...