Birləşmiş Ərəb Əmirliklərinın Azərbaycandakı Səfirliyinin əməkdaşları “Cümhuriyyət zirvəsi”ndə olub.
Eurasia Diary "istiqlal.az"a istinadən xəbər verir ki, Səfirliyin Missiya rəhbərinin müavini Abdalla Alşamsinin təşəbbüsü ilə səfirliyin əməkdaşları və yerli alpinistlərlə birgə Qusar rayonu ərazisində, Tufandağın yan silsiləsində yerləşən “Cümhuriyyət zirvəsi”- nə qalxıblar. Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri dövləti arasındakı dostluq və əməkdaşlıq ruhuna hörmət və ehtiram rəmzi olaraq iki dost ölkənin bayrağı zirvədə dalğalandırılılıb.