"Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcuddur".
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğundur: "Ancaq bir sıra məktəblərdə sıxlıq müşahidə olunur. Bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur. Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq".