Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə İsa Əkbər oğlu Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Eurasia Diary-nin xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti və Milli Məclisin deputatıdır.