Energetik içkilər narkotik effekti verir? | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Energetik içkilər narkotik effekti verir?

Cəmiyyət A- A A+

“Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir”.

Eurasia Diary "e-tibb.az"a istinadən xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, son aylarda məktəblərdə energetik içkilərdən çox istifadə edirlər.

Onun sözlərinə görə, bu içkilərdən həftədə 1-2 dəfə istifadə ziyan törətmir.

Amma orqanizm öyrəşir və gələcəkdə uşaqların aktivləşdirici maddələrə meylləri artır: “Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktivdirlər və beyinləri daha yaxşı çalışır. Amma bilməlidirlər ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə, bu, narkotik effekti verir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...