İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA

Cəmiyyət A- A A+

“Səhhətim də qaydasına düşdüyündən sözsüz olaraq, Azərbaycan Xalq Hərəkatında işlərimizə davam edəcəyik”.

Eurasia Diary xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının rəhbəri İsgəndər Həmidov söyləyib. O, özünü yaxşı hiss etdiyini vurğulayıb:

“Rayonlarda iclaslar keçirilib, qurultay nümayəndələri seçilir. Bu işlər tamamlananda qurultayımız baş tutacaq. Gələn ayın ortalarına düşünmüşük. Hələ dəqiq vaxtını həll etməmişik”.

İsgəndər Həmidov səhhətilə bağlı da danışıb:

“Mən Türkiyədə iki əməliyyat keçirdim. Üçüncü əməliyyatım isə qalıb. Onu yazda- mart, ya aprel ayında həyata keçirəcəyik. Orqanizmim zəiflədiyinə görə, həkimlər dedi ki, üçüncü əməliyyata bədən dözməz. Amma əvvəlkinə baxanda özümü çox yaxşı hiss edirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...