Hazırlıq qruplarında təhsil alan oğlanlara əsgərlikdən möhlət veriləcək? - Nazir açıqladı | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Hazırlıq qruplarında təhsil alan oğlanlara əsgərlikdən möhlət veriləcək? - Nazir açıqladı

Cəmiyyət A- A A+

"Ali təhsil müəssisələrində hazırlıq qruplarının təşkili üçün heç bir məhdudiyyət yoxdur"

Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərin sualını cavablandırarkən Ceyhun Bayramov söyləyib

O qeyd edib ki, bu məsələdə maraqlı tələbələr universitetlərə müraciət etməlidirlər:

"Hazırlıq qruplarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur. Onlar yalnız bakalavr və ya magistraturaya qəbul olarsa möhlət hüququ qazanırlar. 

Nazir əlavə edib ki, hazırlıq qrupları ilə bağlı təhsil haqqı dövlət tərəfindən həyata keçirilmir:

"Ödənişli əsasla həyata keçirildiyinə görə bu məbləğ universitet tərəfindən müəyyən olunur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...