BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub - FOTOLAR | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub - FOTOLAR

Cəmiyyət A- A A+

Bakı Dövlət Universitetində (BDU) Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Eurasia Diary xəbər verir ki, giriş sözü ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 1991-ci il oktyabrın 18-də XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlayıb. Ölkəmiz müstəqilliyini xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra qoruyub saxlaya bilib. Rektor Ulu Öndər tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılmasından, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və bunun nəticəsində xarici investorların ölkəmizə gəlişi ilə iqtisadiyyatının güclənməsindən bəhs edib. Bildirib ki, ölkəmizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndərin tarixi xidmətləri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycan dünyada qabaqcıl ölkələr sırasına çıxıb, regionda və dünyada baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib.

Sonra BDU-nun Tarix fakültəsinin professoru Nuru Məmmədov, dosent Kərəm Məmmədov və  Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanovun çıxışları dinlənilib. Çıxışlarda müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...