Müəllimlərə və tələbələrə ŞAD XƏBƏR - 2020-ci ildə ... | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Müəllimlərə və tələbələrə ŞAD XƏBƏR - 2020-ci ildə ...

Cəmiyyət A- A A+

“2020-ci ildə müəllimlərin əmək haqqında, tələbələrin təqaüdlərində çox ciddi artım olacaq”.

Bu barədə Lent.az -a təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, bunu dövlət büdcəsindən son 5 il ərzində təhsilə ayrılan vəsaitin həcmindəki böyük artımdan açıq şəkildə görmək olar:

“2020-ci il dövlət büdcəsində təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq. Bu vəsait 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur.

2019-cu il dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2 milyard 280 milyon manat, 2018-ci ildə 2.043.989.508 manat, 2017-ci ildə isə 1.859.499.497 manat olub.

Bundan başqa, 2016-cı ildə dövlət büdcəsindən təhsil sahəsinə 1 713,5 milyon manat, 2015-ci ildə isə 1 711,2 milyon manat vəsait ayrılıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...