Əli Kərimli Daxili İşlər Nazirliyinin hospitalına aparılıb - FOTO | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Əli Kərimli Daxili İşlər Nazirliyinin hospitalına aparılıb - FOTO

Cəmiyyət A- A A+

Oktyabrın 19-da metronun «28 May» stansiyasının önündə müxalifətin icazəsiz mitinq  cəhdinin qarşısı alınarkən polis tərəfindən saxlanılan aksiya iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  sədri Əli Kərimli də olub.

Eurasia Diary-nin Virtualaz.org-a istinadən məlumatına görə, o, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərib və nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb.

AXCP sədri Daxili İşlər Nazirliyinin Hospitalına aparılıb, orada ona tibbi yardım göstərilib və izahatı alındıqdan sonra buraxılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...