Daxili İşlər Nazirliyi ötən gün qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin Hospitalının rəisi İsbi Babaxanov REAL TV-yə bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxıldı.
İsbi Babaxanov Əli Kərimilinin hospitalda xərəklə təmin edilməməsi məsələsinədə aydınlıq gətirib.
Qeyd edək ki DİN Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə də bütün məlumatlar verilib.