Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək

Cəmiyyət A- A A+

Ağcabədidə keçiriləcək qəbulda Ağcabədi, Yevlax, Bərdə, Ağdam, Tərtər, Beyləqan və Füzuli rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Eurasia Diary xəbər verir ki, qəbul 2019-cu il oktyabrın 25-də, saat 11.00-da Ağcabədi şəhər Bayraq Muzeyində (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Bərdə Regional Bölməsinə (ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti, 100) müraciət etmələri (əlaqə tel.: (020) 205-01-86) xahiş olunur.

Bundan əlavə, qəbula gəlmək istəyənlər oktyabrın 24-dək (şənbə və bazar günləri istisna olmaqla, saat 10.00-dan 17:00-dək) Ağcabədi, Yevlax, Bərdə, Ağdam, Tərtər ,Beyləqan və Füzuli Rayon Təhsil şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...