Bakı Mühəndislik Universiteti BDU-nun 100 illik yubileyini qeyd edib

Cəmiyyət 16:12 22.10.2019

Bakı Mühəndislik Universitetində (BMU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Bu barədə Eurasia Diary xəbər verir.

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun keçdiyi tarixi yola nəzər salıb. Rektor vurğulayıb ki, universitetin inkişafında yeni keyfiyyət mərhələsi ümummilli lider, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Sovet rejiminin tətbiq etdiyi bütün qadağalara rəgmən, məhz Ulu Öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə iştirak etməsi inqilabi bir hadisə idi. Bu addım BDU-nun həyatında yeni bir başlanğıcın, milli-mənəvi dirçəlişin əsasını qoydu. Sonrakı dönəmlərdə BDU-nun inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin verdiyi digər mühüm qərarlara da toxunan H.Məmmədov Prezident İlham Əliyevin davam etdirdiyi diqqət və qayğı nəticəsində universitetin uğurlarının zənginləşdiyini, maddi-texniki bazasının gücləndiyini vurğulayıb. Hazırda BDU ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində də önəmli rola malikdir və  universitet təhsilin inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında fəal iştirak edir.

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan universitetin, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olduğunu bildirib.  Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi mühüm tarixi hadisələrdən birinin, BDU-nun yaradılmasının olduğunu qeyd edən prorektor Ulu Öndər Heydər Əliyevin, bu universitetin inkişafındakı tarixi xidmətlərini vurğulayıb. A.Kazımzadə Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin davam etdiyini, indiyə qədər ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda yubileyin qeyd edildiyini bildirib. Prorektor çıxışında həmçinin, BMU-nun gənc universitet olmasına baxmayaraq, qısa müddətdə fəxr olunası nailiyyətlər əldə etdiyini, ali təhsil ocaqları arasında özünə layiqli yer tutduğunu fikirlərinə əlavə edib, belə bir tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov çıxışında universitetin keçdiyi 100 illik yola nəzər salıb, mühüm tarixi faktları diqqətə çatdırıb.

Daha sonra BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Akif Hüseynli, Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev Azərbaycan elminin bugünkü vəziyyəti, qarşıda duran problemlər və məzunu olduqları BDU haqqında xoş təəssüratlarını bölüşüblər.

Tədbirin sonunda yubiley münasibətilə BDU rəhbərliyini və tədbir iştirakçılarını təbrik edən rektor H.Məmmədov müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan bu unversitetin bundan sonra da milli kadr hazırlığında, elmin, xüsusilə Azərbaycan dilinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayacağına əminliyini vurğulayıb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı