Milli Məclisə ayrılan vəsait - ARTIRILIR | Eurasia Diary - ednews.net

17 Noyabr,


Milli Məclisə ayrılan vəsait - ARTIRILIR

Cəmiyyət A- A A+

Gələn il  Azərbaycan Respubliaksının Milli Məclisinə ayrılacaq  vəsaitin məbləği müəyyənləşib.

Eurasia Diary xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Milli Məclisə 45 milyon 488 min 15 manat vəsait ayrılacaq.

Eyni zamanda, bu rəqəm ötən illə müqayisədə 167, 1% çoxdur. Belə ki, 2019-cu ildə parlamentə dövlət büdcəsindən 27 milyon 214 min 209 manat vəsait ayrılıb.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...