Bu gün səhər saatlarında Mingəçevir şəhərində güclü külək nəticəsində şəhid gizirimiz Rahim Tağıyevin adını daşıyan bulağın üstünə nəhəng ağacın düşməsiylə bağlı məlumat vermişdik.
Şəhidimiz həyat yoldaşı Vüsalə Tağıyeva bu dəqiqələrdə redaksiyamıza zəng vuraraq Mingəçevir İcra Hakimiyyəti tərəfindən aşan ağacın ərazidən kənarlaşdırıldığını bildirib:
“Siz məsələni ictimailəşdirən kimi əraziyə adamlar gəldi və aşan ağacı kəsərək ərazidən daşınmasına başladılar. Dedim ki, nə oldu, yazı saytda gedən kimi gəldiniz? Dedilər ki, xeyr, biz öz işimizi görürük. Dedim ki, bəs bir həftədir deyirəm ağac bulağın üstünə düşəcək niyə gəlib kəsmirdiniz? Susdular. Şəhid ailəmiz adından sizin saytın kollektivinə minnətdarlığımızı bildiririk. Həmişə bizlərə dəstək olursunuz”.
Əvvəl verdiyimiz xəbərlə buradan tanış ola bilərsiniz.