Sabahdan ölkə ərazisində 3 gün iş olmayacaq. Belə ki, noyabr ayının 9-u Bayraq günü qeyd edilir. Bu gün qeyri-iş günü hesab edilir.
Lakin bu il bayram şənbə gününə təsadüf edir. Bunun üçün də növbəti həftənin ilk iş günü - 11 noyabrda qeyri-iş günü hesab ediləcək.
Nəticədə 9 (şənbə),10 (bazar) və 11 (bazar ertəsi) noyabr tarixlərində 3 gün ardıcıl istirahət günü olacaq.