"Bunu Mir Şahini sevənlər də bilir, söyənlər də..." "Real"çılar

Cəmiyyət 23:35 12.11.2019

Azərbaycanın bir nömrəli telejurnalisti hesab olunan, “əməkdar jurnalist” fəxri adına layiq görülən Real TV-nin yaradıcısı və baş direktoru Mirşahin Ağayevin doğum günüdür.

1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olan Mir Şahin bu gün 56 yaşını qeyd edir. Real TV-nin əməkdaşları baş redaktorları ilə bağlı xatirə və təbriklərini Kult.az-a danışıb.

Afət Telmanqızı: "Bu gün onun günüdür! Bu gün həm də azad sözün, qəlbi vətən sevgisi ilə çırpınan cəsarətli jurnalistlərin günüdür! O, sözü ilə döyüşən, enerjisi bitib tükənməyən insandır. O, jurnalist peşəsinə sevgimizi artıran, əsl jurnalistin necə olmasını əməlləri ilə göstərən insandır. O, tək rəhbər deyil. Hər birimizin sevincinə də, dərdinə də şərik olan, köməyimizə yetən böyük qardaşımızdır. Hamı kimi doğulan, amma hamıdan fərqli olan söz ustadı, gününüz mübarək! Yeni yaşınız mübarək ! Səmimi, sadə, qayğıkeş insan, illəriniz uğurlu, günləriniz xoş olsun”.

Eldəniz Elgün: “Mir Şahinlə nə zaman tanış oldum, nə zaman dost oldum, yadımda deyil. Çünki ilk gündən ustad kimi qəbul etdim və bu gün də ustad olaraq qalır. Mir Şahin həmişə zamandan qabaqda dayanan milli bir insandır. Mir Şahin milləti, dövləti və dövləti qoruyan hakimiyyəti sevdirməyi öyrətdi mənə. Bunu da əlavə edim ki, bugünkü Azərbaycan 1918-ci ildəki Azərbaycanın varisi olduğu kimi, zaman olacaq ki, Zərdabi ilə başlayan Azərbaycan jurnalistikası Mir Şahinin varisliyi ilə davam edəcək. Mən buna adım kimi əminəm”.

Ləman Ələşrəfqızı: “Mir Şahin haqqında fikirlərimi “Qanadı qırıq Şahin” yazımda yazmışam. O vaxtda ki, Mir Şahin “süni nəfəs aparatı”na qoşulmuşdu, televiziyasız idi. Mən isə dövlət işində çalışırdım. O yazı səmimiyyətin ta özüdür. Mir Şahin tarixdə qalacaq isimdir. Bunu onu sevənlər də bilir, söyənlər də. Bütün istedadlar, dühalar zamanında cəmiyyətdən təpki görüblər. Mirzə Fətəli Axundovun nəşi günlərlə dəfn edilməyib, zamanında ona qiymət verməyənlərin nəticələri bu gün Axundovun Azərbaycan ədəbiyyatındakı rolunu düzgün qiymətləndirirlər. Düşünürəm ki, gün gələcək Mir Şahin də Azərbaycan jurnalistikasındakı roluna görə öz qiymətini alacaq. Adam var ki, tutduğu mənsəbdən dövlətli olmağı üçün istifadə edir. Mir Şahində əksini gördüm. O dövlətli yox, dövlətçi adamdır. Təbrik edirəm”. Mahir Məmmədli: “Mir Şahinlə əyani tanışlığımın tarixi 1992-ci ilin payızından başlayır. Tale elə gətirdi ki, bundan bir neçə il sonra birlikdə işləməyə başladıq. Bu, mənim ilk televiziya təcrübəm idi və Mir Şahini həm də bir müəllim kimi tanıdım. İndi 44 yaşım var və 56 yaşlı Mirşahini hələ də özümə müəllim bilirəm. Onun istənilən mövzu ilə bağlı ən qısa şərhi belə hazırlanacaq reportajın, süjetin tezisidir. Şəxsi keyfiyyətlərinə gəlincə: Mir Şahin təkcə tələbkar rəhbər deyil, həm də yaxşı və pis günlərimizdə yanımızda olacağına əmin olduğumuz bir dostumuzdur. Real TV fəaliyyətə başlayanda onunla işləməyə həvəslə razılıq verməyimizin özü Mir Şahinə sevgimizin, sayğımızın göstəricisidir”.


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı