Bakıda yaşayış binasında güclü yanğın - 10 nəfər ... | Eurasia Diary - ednews.net

15 Dekabr,


Bakıda yaşayış binasında güclü yanğın - 10 nəfər ...

Cəmiyyət A- A A+

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Eurasia Diary-ə məlumat verilib.

Verilən məlumata görə, binanın altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...