AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Cəmiyyət 15:24 19.11.2019

Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir. Növbəti belə tədbir Azərbaycan Texniki Universitetində keçirilib.

Eurasia Diary xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Yubiley tədbiri BDU-nun 50 illiyi münasibətilə yazılan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qonaqları salamladıqdan sonra Bakı Dövlət Universitetinin keçdiyi tarixi yol barədə məlumat verib. Rektor Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb. BDU-nun, böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirdiyini deyən Vilayət Vəliyev bu ali təhsi ocağının ən böyük məzununun ulu öndər Heydər Əliyev olduğunu xüsusi vurğulayıb və onun bu ali təhsil ocağının məzunu olması ilə həmişə fəxr etdiyini bildirib.

Ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, onu Azərbaycan xalqının sərvəti adlandırıb.

Rektor özünün də Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladıb. Qeyd edib ki, hazırda Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətinin 163 nəfəri məhz Bakı Dövlət Uniuversitetinin məzunudur. Rektor Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu xüsusi vurğulayıb. Bu gün keçirilən yubiley tədbirinin Azərbaycan Texniki Universiteti ilə Bakı Dövlət Universiteti arasında gələcək əməkdaşlığın genişləndirilməsi üçün qarşıya müəyyən vəzifələr qoyacağını qeyd edib.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubiley tədbirinin təşkilinə görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə təşəkkür edib. Rektor BDU-nun keçdiyi 100 illik şərəfli yoldan danışıb. Elçin Babayev Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı imzaladığı mühüm sərəncamları diqqətə çatdırıb. Bildirib ki, universitetin 100 illik yubileyinin Parisdə qeyd olunması Azərbaycan təhsilinə və elminə verilən böyük diqqətdir. Rektor Bakı Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığın yeni mərhələnin əsasının qoyulduğunu da diqqətə çatdırıb.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və AzTU-nun “Kimya” kafedrasının müdiri Elman Məmmədov Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar.

Tədbirdə Azərbaycan Texniki Universitetində çalışan və Bakı Dövlət Universitetinin məzunu olmuş 163 professor-müəllim heyəti adından BDU-ya xatirə hədiyyəsi təqdim olunub.

Yubiley tədbiri bədii hissə ilə davam edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı