Azərbaycanlı sabiq məmura elektron qolbaq taxılacaq | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Azərbaycanlı sabiq məmura elektron qolbaq taxılacaq

Cəmiyyət A- A A+

Bakıda oğurluqda təqsirləndirilən Şamxal Qurbanov, Bəxtiyar Umudov, Elşad Mənəfov və Elgün Salahov və Rüstəm Qurbanov cinaytət işi üzrə üzrə məhkəmə iclası yekunlaşıb. 

Eurasia Diary unikal.org-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Ş.Qurbanov 3 ay 28 gün, E.Salahov 1 il 9 ay 28 gün, E.Mənəfov 2 il 6 ay, B.Umudov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. 

R.Qurbanova isə 3000 manat cərimə cəza verilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, məhkumlar isə apellyasiya şikayəti veriblər. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. 

Qeyd edək ki, bu il aprelin 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Yol Nişan” MMC-nin direktoru Şamxal Qurbanov tanışları Bəxtiyar Umudov, Rüstəm Qurbanov, Elşad Mənəfov, və Elgün Salahovla qabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə, ümumilikdə, 6,4 min manata yaxın maddi ziyan vurublar. Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...