Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə baş verib.
Bu barədə Eurasia Diary-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
"Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12:35-də daxil olub. Həkimlər Mətbuat prospekti 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir", - nazirlikdən bildirilib.
Qızların nədən zəhərləndikləri barədə məlumat verilməyib.
***
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.
O, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.