"6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub" - Fikrət Məmmədov | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


"6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub" - Fikrət Məmmədov

Cəmiyyət A- A A+

"Ötən dövrdə cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb".

Eurasia Diary report-a istinadən xəbər verir ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

O bildirib ki, eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək bu günədək 2000-dən artıq məhkuma elektron qolbaqlar tətbiq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...