Rusiyada zəncirvarı qəza baş verib.
Eurasia Diary RİA Novosti-yə istinadla xəbər verir ki, yol qəzası Vladivostok şəhərində, Xabarovsk-Vladivostok avtomobil yolunun 9-cu kilometrliyində baş verib.
Yol qəzası zamanı 48 avtomobil toqquşub.
Hadisənin baş verməsinə güclü qarın yağması səbəb olub.
Qəza nəticəsində 7 nəfər xəsarət alıb.
Yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.