Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il ötür.
Eurasia Diary report-a istinadən xəbər verir ki, ulu öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana insan axını müşahidə olunur.
Ümummilli liderin xatirəsini yad etməyə nazirlər, Milli Məclisin deputatları, komitə, şirkət və idarələrin rəhbərləri, ziyalılar, gənclər, ölkə ictimaiyyətinin nümayəndələri, sadə insanlar gəliblər.
İnsanların Fəxri xiyabana axını davam edir.