İcra başçısına yeni müavin təyin edildi | Eurasia Diary - ednews.net

26 Yanvar,


İcra başçısına yeni müavin təyin edildi

Cəmiyyət A- A A+
Gəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
 
Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektor müdiri vəzifəsində çalışıb.
 
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini isə bundan əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Xaçmaz rayonunun icra başçısı təyin olunmuş Elnur Rzayev icra edib.(report)
 
Gəncə icra başçısına yeni müavin təyin edildi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...