MDB-də “TOP-10”a daxil edilmiş dağ-xizək kurortları | Eurasia Diary - ednews.net

29 Fevral, Şənbə


MDB-də “TOP-10”a daxil edilmiş dağ-xizək kurortları

Cəmiyyət A- A A+

Azərbaycanın iki dağ-xizək kurortu MDB məkanında ən yaxşılar sırasındadır.

Eurasia Diary  xəbər verir ki, MDB-nin qış kurortlarına turlar və tətil təkliflərinin təhlili əsasında “TurStat” agentliyinin tərtib etdiyi reytinqə əsasən, “Tufandağ” (Qusar rayonu) və “Şahdağ” (Qəbələ rayonu) dağ-xizək kurortları “TOP-10”a daxil edilib.

Reytinqin tərtibatçıları MDB məkanında xizək və snoubord üzrə ən yaxşı kurortların Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Ermənistanda yerləşdiyini vurğulayıb.

Qış kurortlarına turlar və tətil təkliflərinin təhlilinə əsasən, MDB ölkələri arasında ilk onluğa həmçinin Qazaxıstandakı Çimbulak, Altay Alpları və Nurtau, Belarusdakı Loqoysk və Siliçi, Ermənistandakı Tsaxkadzor, Qırğız Respublikasındakı Karakol və Özbəkistandakı Çimgən kurortları daxil edilib.(report) 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...