Hava şəraiti ilə bağlı - Mühüm AÇIQLAMA | Eurasia Diary - ednews.net

23 Fevral,


Hava şəraiti ilə bağlı - Mühüm AÇIQLAMA

Cəmiyyət A- A A+

"Bakıda bu gün sulu qar yağsa da, yerdə qar örtüyü olmayacaq".

Eurasia Diary xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 24-dən 25-ə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qarın yağması prosesi qısamüddətli olduğuna görə qar örtüyünün əmələ gəlməsi ehtimalı azdır.

U.Tağıyeva qeyd edib ki, respublikanın şimal və cənub, şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzində prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hümdürlüyü artacaq: "Lakin yanvarın 25-dən sonra havanın temperaturu artacaq və qar örtüyü davamlı olmayacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...