AZAL Pekinə uçuşları dayandırır

Cəmiyyət 15:45 27.01.2020

Ötən ilin dekabrından Çinin Vuhan şəhərində meydana çıxan ölümcül koronavirus (2019-nCoV) sürətlə dünyaya yayılmaqda davam edir. Artıq Moskvada 8 nəfərin ilkin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Rəsmi məlumatlara görə, virusa yoluxma nəticəsində Çində ən azı 80 nəfər ölüb. Təxminən 2000 nəfər isə ölümlə nəticələ bilən virusa yoluxub ki, onlardan 300 nəfərinin vəziyyəti kritikdir. Çindən başqa ABŞ və Fransa da daxil olmaqla 10 ölkədə koronavirusa yoluxma halları qeydə alınıb.

Eurasia Diary xəbər verir ki, Çin prezidenti Xi Jinping sürətlə yayılan virusun daha çox insanın həyatını itirməsi və əlavə yoluxmalarla əlaqədar ölkədəki vəziyyəti "ağır" adlandırıb. Çinin ağır vəziyyətlə üzləşdiyini deyən prezident əhalini sakitləşdirməyə cəhd edib, "döyüşdə mütləq qalib gələ biləcəyini" söyləyib. Bildirib ki, virusun yayılmasının qarşısının alınması məqsədilə çox sayda şəhərlərə giriş və çıxış bağlanıb.

Koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkənin Səyahət Xidmətləri Birliyi turizm agentliklərinə bütün qrup turları dayandırmağı tövsiyə edib.

Azərbaycanın səhiyyə rəsmilərinə inansaq, hələ ki, bu ölümcül virus ölkəmizə gəlib çatmayıb. Lakin Çinlə Azərbaycan arasında gediş-gəliş var, üstəlik Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Ekspertlər ölümcül koronavirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcəyini ehtimal edirlər. Belə ki, ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər.

Digər tərəfdən isə, ehtimal olunur ki, bu proseslər son illər Çində yavaşıyan iqtisadi artımı daha da aşağı sala bilər ki, nəticədə məcmu tələbi və təklifi azalar. Bu da Çində alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətlərinin aşağı düşməsi ehtimal olunur. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək.

Mütəxəssislər hesab edirlər ki, Çində təhsil alan tələbələr müvəqqəti olaraq ölkəyə qaytarılmalıdır. Azərbaycanın Təhsil Nazirliyi Çinin virus epidemiyasının yayıldığı ərazisində 7 azərbaycanlı tələbənin təhsil alması ilə bağlı məlumat açıqlayıb. Tələbələrlə əlaqə saxlanıldığı, onların ölkədən çıxarılması üçün rəsmi orqanlara müraciətlər olunduğu bildirilir.

Bəs Azərbaycandan Çinə və əksinə səfər edən sərnişin sayında azalma varmı? Koronavirus təhlükəsinə görə AZAL hansı tədbirlər görür?

Azərbaycan Hava Yolları QSC-dən verilən məlumata görə, Azərbaycan ilə Çin arasında Bakı-Pekin reysi ilə həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri “Boeing 767-300ER“ təyyarələri vasitəsilə uçuşlar həyata keçirilir.

Lakin hər il fevralda AZAL Pekinə uçuşları müvəqqəti dayandırır. AZAL-dan bildiriblər ki, bu Çində yeni il bayramları ilə bağlı Pekin-Bakı-Pekin reysinə tələbat azalır.

“Beləliklə, ötən illərdə olduğu kimi bu il də fevralın əvvəlindən etibarən Çin paytaxtına reyslər dayandırılacaq və uçuşlar martın 8-dən bərpa olunacaq”,-məlumatda bildirilir.

Çin paytaxtına reyslər dayandırılsa da azərbaycanlı sahibkarlar bu ölkədən mal gətirməkdə davam edirlər və onlar əsasən Urumçi şəhərinə çarter reysləri ilə uçurlar.(virtualaz.org)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
Hamısı