Azərbaycan jurnalistləri 2019-cu ildə: JuHİ illik hesabatını açıqlayıb

Cəmiyyət 17:42 27.01.2020

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2019-cu il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb.

Eurasia Diary xəbər verir ki, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2019-cu ildə sosial durumlarının və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğusunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ümumilikdə ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 50  ümumrespublika yayımlı KIV redaksiyasının əməkdaşları cəlb olunublar.

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2019-cu ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində ciddi irəliləyiş olub

Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə aparılan islahatlar  əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət  təsir edib, tendensiya media müstəvisində  də özünü göstərib. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin  bağlanılması məsələsində ciddi dönüş  müşahidə edilib. Sorğuya cəlb edilənlərin 97  faizi bildiriblər ki,  çalışdıqları redaksiyalarda son bir ildə  fərdi əmək müqavilələri bağlanılmasına çalışılıb. Müqayisə üçün bildirək ki, bu göstərici  əvvəlki illərdə  90 % -dən də aşağı olub. Həmçinin, əvvəlki illərdə əmək müqavilələri ilə bağlı əsas problemlər:

-  fərdi  əmək müqavilələrinin müddətli bağlanılması və ya əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi,

- Əmək müqaviləsi və ya “xidmət müqaviləsi”nin redaksiyalarda hər kəsə tətbiq edilməməsi,

- Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluq təşkil etməsi

və sair formalarda müşahidə edilirdi.

Belə hallar  işəgötürənin xeyrinə olaraq, həmin müqavilələlərə istənilən vaxt xitam vermək üçün şərait yaradırdı. Jurnalistlərə “xidmət müqaviləsi”nin tətbiq edilməsi onların əmək hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında jurnalistləri çıxılmaz duruma salır, işsizlikdən sığorta haqqı alınmasını imkansız edirdi.  Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi isə, qanun pozuntusu olmaqla yanaşı, KİV işçilərinin pensiya təminatına, həmçinin, əmək münasibətlərinə xitam verilmə hallarında  işsizlikdən sığorta haqqı alınmasına neqativ təsir göstərən amillərdən idi. Son illər ərzində, o cümləıdən, 2019-cu ildə  həyata keçirilən dəyişikliklər bu problemlərin sürətlə aradan qaldırılması tendensiyası yaradıb.

Əmək haqqı, orta aylıq gəlirlərdə artım olub

Bu kontekstdə diqqət çəkən məqam ondan ibarətdir ki, aylıq gəlirləri  700-900 manat civarında olan jurnalistlərin sayı 2019-cu ildə ötən illərlə müqayisədə əhəmiyyətli şəkildə artıb. Beləki, bu kateqoriyadan olanlar ümumi sorğu iştirakçılarının 72 faizini təşkil ediblər. Müqayisə üçün bildirək ki, 2018-ci ildə  rəyi soruşulanların 4  faizi 350-500 manat,  61 faizi 500-700  manat,  yalnız 31 faizi isə 700-900 manat civarında aylıq gəlir əldə etdiklərini bildirmişdilər. 2019-cu ildə 700-900 manat miqdarında əmək haqqı alan jurnalistlərin kəmiyyəti 41 faiz artaraq 72 faizə çatıb.

Sorğu iştirakçıları 2019-cu ildə jurnalistlərin durumlarına müsbət təsir edən

və onları qayğılandıran problemlər barədə də fikirlərini bildiriblər:

- Dövlət və hökumət təmsilçilərinin sosial mediada aktivliyi, interaktiv münasibətlərə  önəm vermələri diqqət çəkib. 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də  bu sahədə xüsusi aktivlik nəzərə çarpıb ki, bu da jurnalistlərlə hakimiyyət təmsilçiləri arasında  təmasların  inkişafına, suallarının  cavablandırılmasına  şərait yaradıb.  

- Dövlət və hökumət strukturlarının, o cümlədən, əksər özəl şirkətlərin  mətbuat xidmətləri və ictimaiyyətlə əlaqələr şöbələrinin keyfiyyətcə yenilənməsi prosesi də, 2018-ci ildə olduğu kimi, davam edib. 2018-ci ildə təqribən 28, 2019-cu ildə isə təqribən 17  nazirlik, idarə, müəssisə və şirkətlərdə informasiya verilməsinə məsul olan şəxslər dəyişdirilmiş, bu ştatlara  peşəkar, aktiv jurnalistlər təyinat almışlar. 

- Real TV, o cümlədən, bir neçə yeni onlayn media qurumu  fəaliyyətə başlamış, peşəkar media qurumlarının kəmiyyəti artmış, peşəkar jurnalistlər üçün iş yerlərinin sayı çoxalmışdır.

- APA holdinqə daxil olan informasiya resurslarının, həmçinin, “Ayna” qəzetinin  öz fəaliyyətlərini bərpa etmələri də ilin diqqət çəkən media hadisələri sırasında olmuşdur. 

- İctimai Televiziyada, o cümlədən,  Azərbaycan Dövlət Televiziyasında  ciddi dəyişikliklərin aparılması, plüralist məzmun yaratmağa doğru ciddi addımların atılması, pluralizmə açılma tendensiyasının il boyu əsas xətt kimi inkişaf etdirilməsi ciddi media hadisəsi kimi diqqət çəkmişdir.

- Həbsə düşmələri jurnalistik fəaliyytlə əlaqələndirilməsə də, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən,  "Azadlıq" qəzetinin şöbə müdiri, "Azərbaycan saatı" televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzinin  həbsdən azad edilməsi  də media ictimaiyyəti tərəfindən diqqət çəkən məqamlardan olmuşdur.  

- Tendensiyaya çevrilməsə də, KİV redaksiyalarına və fərd olaraq jurnalistlərə qarşı hədələmə, təhdid etmə, qısa müddətli saxlanılma kimi hallara təsadüf edilib. “Azadlıq” Radiosunun müxbiri İslam Şıxəli, “Arqument.az” xəbər saytının baş redaktoru Şəmşad Ağa, “Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu və başqalarının rastlaşdıqları bu problemlər  aradan qaldırılsa da, narahatlıq doğurub.

- Fəaliyyətləri və həbsləri birbaşa media ilə əlaqəli olmasa da, Bakupress.az adlı saytın baş redaktoru qismində təqdim edilən Şəfəq Ağacanın (Şəfəq Ağabalayeva),  Realliq.info saytının baş redaktoru İkram Rəhimovun, Xeberman.com və Press-az.com informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Poladuvun həbs edilmələri də qeydə alınıb. 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı