Razılaşdırılmamış aksiya ilə bağlı DİN-dən növbəti xəbərdarlıq | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


Razılaşdırılmamış aksiya ilə bağlı DİN-dən növbəti xəbərdarlıq

Cəmiyyət A- A A+

Fevralın 14-də mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilib.

Bunu "Report"a Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib

"Müsavat və ReAl partiyaları, D18 hərəkatı və bir neçə müstəqil namizəd seçkilərin nəticəsinə dair etiraz aksiyasını keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Orada onların müraciətinə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verilib. Bundan başqa, dünən mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilib və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu bir daha onların nəzərinə çatdırılıb. Ona görə də Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək.

Onu da vurğulayım ki, belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək", - E.Zahidov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...