Azərbaycanda rəsmi rəqəmlər əsasən koronavirus epidemiyasına görə 560 nəfər karantində saxalnılır.
"EDNews" modern.az istinadən xəbər verir ki, bu haqqda Nazirlər Kabineti yanında operativ qərargahın üzvü Cəlal İsayev rəsmi rəqəmlərə əsasən deyib.
Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev əlavə olaraq bildirib ki,“Azərbaycanda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin hamısı sərhəddə müəyyən olunanlar, ölkəmizə xaricdən gələnlərdir”.
Baş infeksionist qeyd edib ki, hazırda xəstəxanada müalicə alanların sayı 21 nəfərdir, ki bunlardan 6-sı sağalıb. Ağır xəstəlikləri olan 1 nəfər isə dünyasını dəyişib.