Prezident İlham Əliyev “COVID-19” (koronavirus) epidemiyası ilə bağlı öz feysbuk səhifəsindən xalqa müraciət edib.
EDNews-un məlumatına görə müraciətdə deyilir:
Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.
İMZA