Biləsuvar rayonunda ağlasığmaz və utanverici bir olay baş verib.
“EDNews”un məlumatına görə Biləsuvar rayonundan olan, 26.01.1996-cı ildə minaya düşərək şəhid olan Məmmədov Mahir Nizami oğlunun məzarı kənd sakini Məlik deyilən bir şəxs tərəfindən təhqir olunub.
Çərşənbə axşamı oğlunu ziyarətə gələn şəhidin anasının qarşılaşdığı səhnə onu dərindən sarsıdıb. Həmin vaxt məzarı bulaşmış görən ananın yanında başqa şəxslər də olub. Reyhan ana bunun Məlik adlı şəxs tərəfindən törədilyini iddia edir. Səbəb kimi isə həmin adamın şəhid ailəsinə məxsus torpaq sahəsinə sahib çıxmaq istəyinə çatmaması göstərilir. Belə ki, sözügedən şəxsin cəhdlərinə baxmayaraq yeganə qazanc yerini ona vermədiyi üçün ailə həmin şəxs tərəfindən dəfələrlə hədələrə və təhqirə məruz qalıb.
Qeyd edək ki, həmin şəhidin məzarı artıq ikinci dəfədir ki, vandal davranışa məruz qalır. Belə ki, fevralın 21-də şəhidin qardaşının məzarı ziyarətə gələn zaman qəbir daşının dağıdıldığının, məzarın üzərindəki bayrağın götürüldüyününün şahidi olublar.
PS: Belə olaya susmaq olarmı? Vətəni qoruyarkən canından olan bir Vətən oğluna beləmi dəyər veririk? Məzarı təhqir etmək nə demək? Düşmənlərimizin qəbirləri hələ də Azərbaycanda olduğu kimi qalır, dağıdılmır, təhqir olunmur. Vətən uğrunda, millət uğrunda canını fəda edən bir oğulun məzarını təhqir edən şəxs azərbaycanlı ola bilməz. Ar olsun!