Koronavirusa görə Bakı küçələrini yuyurlar - FOTOLAR | Eurasia Diary - ednews.net

6 Aprel, Bazar ertəsi


Koronavirusa görə Bakı küçələrini yuyurlar - FOTOLAR

Cəmiyyət A- A A+

Artıq bir neçə gündür ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən xüsusi texnikalar vasitəsi ilə şəhərin küçələrinin yuyulması aparılır. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən EDNews-a verilən məlumata görə, bu prosses gündəlik olaraq səhər saat 05:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək keçirilir.

Ötən gün axşam saatlarında paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi rayonlarında keçirilən yuyulma işləri bu səhər yenidən Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi və Səbail rayonlarında davam etdirilib. Bu prosses paytaxtın bütün rayonlarındakı əsas, köməkçi və ara küçə və yolları əhatə edir.

Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə kommunal və digər aidiyyəti qurumlar tərəfindən dezinfeksiyaedici tədbirlər aparılır.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...